İraq Prezidenti səfirimizi qəbul etdi

İraq Prezidenti səfirimizi qəbul etdiİraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının bu ölkədəki səfiri Nəsir Məmmədovu qəbul edib.

Avrasiya.net xəbər verir ki, söhbət zamanı, Prezident Əbdüllətif Camal Rəşid cari il martın 1-3-də Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə keçirdiyi görüşü xoş təəssüratla xatırlayıb.

Prezident Əbdüllətif Camal Rəşid İraq ilə Azərbaycan arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən məmnun olduğunu bildirib. Nəzərə çatdırıb ki, iki dost dövlətin müxtəlif sahələr üzrə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrini genişləndirmək zəruridir.

İraq Prezidenti siyasi, iqtisadi-ticari, enerji, mədəniyyət, turizm və təhsil sahəsində daha səmərəli əməkdaşlıq üçün hər iki tərəfin böyük potensialının olduğunu qeyd edib, rəsmi şəxslərin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Səfir Nəsir Məmmədov faydalı əməkdaşlıq əlaqələrinin artırılmasının Azərbaycan və İraq xalqlarının mənafeyinə uyğun olduğunu bildirib.

Qəbulda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər