Sizin Reklam Burada

İran mətbuatı prezidentlərin görüşündən nə yazdı...

İran mətbuatı prezidentlərin görüşündən nə yazdı...İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Özbəkistanda keçirilən 16-cı Zirvə toplantısında Prezident İlham Əliyev ilə Prezident İbrahim Rəisinin görüşü İran mətbuatında geniş işıqlandırılıb.

Avrasiya.net xəbər verir ki, İranın rəsmi dövlət informasiya agentliyi olan İRNA, həmçinin İSNA, İLNA, “Mehr news”, “Fars news” saytları “İran və Azərbaycan Respublikası arasındakı münasibətlər iki xalqın dərin əlaqələrinə əsaslanır” başlıqlı xəbərlər dərc ediblər. Materiallarda qeyd olunub ki, iki qonşu və dost ölkə iqtisadiyyat, ticarət, nəqliyyat və tranzit sahəsində sıx əməkdaşlıq əlaqələrinə malikdirlər.

Hər iki ölkə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında iştirak edir. Zəngəzur dəhlizinin İran ərazisindən keçməsi İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin artmasında mühüm rol oynayacaq. Bu dəhlizdən, eyni zamanda, region ölkələri də istifadə etmək imkanı qazanacaqlar ki, bu da İran ilə Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq.

Nəzərə çatdırılıb ki, İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Azərbaycanın Qarabağı işğaldan azad etməsi regiona sülh və əmin-amanlıq gətirəcək.

Materiallarda vurğulanır ki, İran və Azərbaycan prezidentlərinin görüşü iki qonşu və dost dövlət arasındakı münasibətlərdə yeni mərhələnin əsasını yaradacaq, bu mərhələdə ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələri daha genişlənəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər