Didem Aslan Xoşqədəmdən üzr istədi
Dərc olunub:
9-11-2023, 17:09
Türkiyənin "Show TV" kanalında yayımlanan "Didem Arslan Yılmazla Asla vazgeçme" verilişinin aparıcısı Didem Aslan həmkarı Xoşqədəm Hidayətqızından üzr istəyib.
Didem Arslan bu sözləri qeyd edib: "Həmkarım Xoşqədəm Hidayətqızı çox üzülüb. Boşanacaqları ilə bağlı bəzi iddialar var idi, bunlar da yalandır. Əldə etdiyim məlumata görə, Xoşqədəmlə Doğuş boşanmır. Proqramda səslənilən fikirlərə görə üzülüb. Buna görə və xüsusilə bir qadını üzdüyüm üçün Xoşqədəm Hidayətqızından üzr istəyirəm".
Qeyd edək ki, Esra adlı xanım "Didem Arslan Yılmazla Asla vazgeçme" verilişində Doğuşla dini nikah bağladığını iddia edib.
Teleqraf