Sizin Reklam Burada

Jirinovskinin adını daşıyan PUA-lar istehsal olundu

Jirinovskinin adını daşıyan PUA-lar istehsal olunduRusiya Liberal Demokrat Partiyasının (LDPR) mərhum qurucusu Vladimir Jirinovskinin adını daşıyan pilotsuz təyyarələr istehsal olunub.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilir ki, PUA-ların ilk partiyası Rusiya hərbçilərinə təhvil verilibş

"Ordunun ehtiyacları üçün 10 PUA siyasətçinin rəhbərlik etdiyi partiyanın sifarişi ilə hazırlanıb", - KİV-lərdən biri yazıb.

PUA-nın tərtibatçıları, Rokot Center 33-ün könüllüləri pilotsuz təyyarənin bütün hava şəraitinə uyğun imkanlarını qeyd ediblər. Onların fikrincə, “Jirinovski” qarda və yağışda uça bilir. Pilotsuz təyyarənin uçuş məsafəsi 12 kilometrə qədərdir.

"Qurğu artıq döyüş şəraitində sınaqdan keçirilib. “Jirinovski” xüsusi əməliyyat zonasında Ukrayna hərbçilərinin mövqelərinə zərbələr endirir", - KİV əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin aprelin 6-da Rusiya liberal-demokrat partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski uzun sürən xəstəlikdən sonra vəfat edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər