GMİ təsisçisindən şeyx seçkiləri ilə bağlı açıqlama
"Yeni seçiləcək şeyxin kim olmasına baxmayaraq, mən dəstəkləyəcəm və müraciət edərlərsə əməkdalıq da edə bilərik".
Avrasiya.net xəbər verir ki, bunu Aktual.ge xəbər portalına açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin təsisçilərindən biri və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov bildirib.
O deyib ki, yeni seçilən şeyx kim olacaqsa mən təbrik edib, uğurlar arzulayacağam.
"Əvvəla bunu deyim ki, Ramin İgidov qurduğumuz idarəni bir insituta çevirməyi bacardı, bütün daşları bir-bir yerinə oturtdu, müsəlmanlar üçün tam bir idarəyə çevirməyin öhdəsindən gəldi, bunun üçün ona təşəkkür edirəm, bunu hər adam bacara bilməzdi. Yeni seçiləcək şeyxə gəldik də isə idarədə məsuliyyətli, elmli, alim insanlar var, onlar özləri yeni şeyxi seçəcəklər, bizdə təbrik edib fəaliyyətində uğurlar arzulayacağıq, müraciət edərlərsə əməkdaşlığa da hazır olduğumuzu bildirəcəyik" , - deyib Hüseyn Yusubov.