Rusiya erməni biznesmeni axtarışa verdi
Dərc olunub:
4-11-2023, 08:27
Rusiya Daxili İşlər Nazirliyi erməni biznesmen Ruben Tatulyanı cinayət işi üzrə axtarışa verib.
Bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, Tatulyanın Soçidəki “Office Plaza” ticarət mərkəzinin doqquzuncu mərtəbəsindəki evində axtarışlar aparılıb. Nəşrin məlumatına görə, Tatulyan Soçidə ticarət mərkəzləri və yaşayış komplekslərinin tikintisində dələduzluq, eləcə də qətl işi üzrə şahid statusunda olub.
2014-cü ildə "Forbes" iş adamı Tatulyanı Soçidə otel daşınmaz əmlakına ən böyük investisiya yatıranların siyahısına daxil edib. 2017-ci ildə ABŞ Ruben Tatulyanı və onun iki şirkəti - "Vesna Spa Hotel" QSC və "Novy Vek-Media" MMC-ni sanksiyalar siyahısına əlavə edib.