Tbilisidə Quran-Kərim mövzusunda beynəlxalq konfrans keçirilib

Tbilisidə Quran-Kərim mövzusunda beynəlxalq konfrans keçirilibGürcüstanın paytaxtı Tbilisidə “Qurtuluş və Hidayət nuru – Qurani-Kərim” mövzusunda beynəlxalq dini, elmi konfrans keçirilib.

Konfransda din, elm, media və ictimaiyyət xadimləri iştirak edib.

Qurani-Kərimin tilavəti ilə başlayan konfransda öncə son günlər Yaxın Şərqdə baş verən acı hadisələrə toxunulub. İnsanlıqdan uzaq vəhşiliklər qınanılıb, ölənlərə rəhmət dilənilib.

Sonra 4 ölkədən din alimlərinin dəvət olduğu konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan üzrə müfti Etibar Emonov, Qərbi Gürcüstan üzrə Mufti Hacı Adəm Şantadze, Azərbaycandan tanınmış din xadimi, Hacı Samir Ağayev, Türkiyədən Əhlibeytmedia dərnəyinin sədri Hacı Hasan Karabulut, İran İslam Respublikasından İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının nümayəndəsi Yəhya Cahangiri, Türkiyə Diyanət İşləri Başkanlığının nümayəndəsi Hacı Mahmut Göl, Almusta Beynəlxalq Universitetinin nümayəndəsi Hacı Həsən Yusifzadə, Qurani-Kərimin gürcücə tərcüməçisi Rezo Mikeladze və Gürcüstan Ruhanilərindən Hacı Kamran Məmmədov çıxış edib.

Çıxış edən natiqlər Qurani-Kərimin elmi, bədii və mənəvi möcüzəliyi, bəşəriyyətin nicatı yolunda təqdim etdiyi həyat tərzi, insanın kamala çatması sahəsindəki proqramı, hidayət və rəhmət baxımından önəmli vəsilə olması, İlahi kitabda insani dəyərlər və s. kimi mövzular haqqında ətraflı danışılıb.

Son illərdə Qərb ölkələrində geniş vüsət alan Qurani-Kərimə qarşı olan hörmətsizliklərin növləri və səbəbləri haqqında da söhbətlər edilib.

Sonda çıxış edən qonaqlara Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən Təltifnamələr təqdim olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər