Səfərbərlikdən yayınan 3 rusiyalı 1 ildən çoxdur ki, aeroportda yaşayır

Səfərbərlikdən yayınan 3 rusiyalı 1 ildən çoxdur ki, aeroportda yaşayırSəfərbərlikdən qaçan bəzi Rusiya vətəndaşları 1 ildən artıqdır ki, Cənubi Koreyanın hava limanında yaşayırlar.

Modern.az xəbər verir ki, bunu "Yonhap" agentliyi yazıb.

Bildirilib ki, hərbi xidmətə məhkum edilmiş 3 rusiyalı müharibə ilə bağlı silahlı qüvvələrə çağırışdan qaçaraq 2022-ci ilin oktyabr ayından etibarən İnçxon hava limanında ilişib qalıb və yola düşməyə gözləmə zonasında yaşayırlar.

Məlumata görə, onlar hava limanına gəldikdən sonra sığınacaq üçün müraciət ediblər, lakin Cənubi Koreya hakimiyyəti səfərbərlikdən yayınmağın qaçqın statusu almaq üçün əsas olmadığını əsas gətirərək, rədd edib.

Müvafiq komissiyanın fikrincə, onlar hakimiyyət tərəfindən humanitar yardıma layiqdirlər. Xüsusilə, nəzarət orqanı hava limanının rəhbərlərinə “uçuş zonasında yerləri genişləndirməyi, onların qida və yaşayış şəraitini yaxşılaşdırmağı” tövsiyə edib.

Komissiya qeyd edib ki, gözləmə zonasında uzun müddət qalmaq konstitusiya ilə qorunan insan ləyaqətini alçalda bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər