Ermənistan Ukraynadan sonra Rusiya üçün yeni başağrısına çevrilib

Ermənistan Ukraynadan sonra Rusiya üçün yeni başağrısına çevrilibErmənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan incik düşdükdən sonra Ukrayna mövzusuna maraq göstərməyə başlayıb. Paşinyan əvvəlcə Avropa Birliyinin tədbirində Ukrayna Prezidenti Vladimir Zelenski ilə ayaqüstü söhbət etdi və iki liderin fotosu erməni saytlarını bəzədi. Paşinyan bundan sonra həyat yoldaşını Kiyevdə keçirilən tədbirə göndərdi. Paşinyanın həyat yoldaşı həm Zelenskinin, həm də onun xanımının əlini sıxdı. Bu fotolar da Moskvanın narazılığına səbəb oldu.

Avrasiya.net xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlunun şərhində bildirilir.

O qeyd edib ki, Nikol Paşinyan Ukrayna ilə bağlı üçüncü addımı atıb:

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Malta adasında “Ukraynanın sülh forumu” tədbirində iştirak edib. Bundan əvvəlki iki oxşar tədbir Danimarka və Səudiyyə Ərəbistanında keçirilmişdi.

Armen Qriqoryan toplantı çərçivəsində ikitərəfli görüşlər keçirib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Yunanıstan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri, ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi və Fransa Prezidentinin köməkçisi ilə ayrı-ayrılıqda müzakirələr aparıb. Bu görüşlərdə iki hədəf var: İrəvanın birinci hədəfi Qərb ölkələrindən Ermənistanı Rusiyanın mümkün təzyiqindən qorumaq və təhlükəsizlik təminatı almaqdır. İrəvanın bu görüşlərdən ikinci hədəfi Baş nazir Nikol Paşinyanın Tiflisdə açıqladığı “Sülh qovşağı” ideyasının mahiyyətini Qərb diplomatlarına izah etməkdir. Bu görüşlər və müzakirələr ona dəlalət edir ki, Ermənistan Ukraynadan sonra Rusiya üçün yeni baş ağrısına çevrilib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər