İran təhdid etdi: Yeni cəbhələr açılacaq

İran təhdid etdi: Yeni cəbhələr açılacaqVaşinqtonun İsrailə tam dəstəyi ABŞ-a qarşı yeni cəbhələrin açılmasına səbəb ola bilər.

Bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Birləşmiş Ştatlar başqalarına təmkin göstərməyi tövsiyə edir, lakin özü İsrailə tam dəstək verir. Əgər ABŞ əməllərinə davam edərsə, ona qarşı yeni cəbhələr açılacaq”, - o, “Blumberq”ə müsahibəsində bildirib.

Nazir vurğulayıb ki, münaqişənin kəskinləşməsi Qəzza zolağının əhalisinin daha çox ölümünə səbəb ola və nəticədə bütün regionda vəziyyət nəzarətdən çıxa bilər:

“Yeni cəbhələrin açılması qaçılmazdır və bu, İsraili öz hərəkətlərinə peşman edəcək. Vəziyyət partlayış ərəfəsindədir. Hər şey mümkündür, istənilən cəbhə açıla bilər”.

O qeyd edib ki, İran Suriyaya və regionun digər bölgələrinə yeni qoşun göndərməyib:

“Amma biz baş verənləri təkcə seyr etmirik. İran İslam Respublikası öz milli maraqlarına uyğun hərəkət edəcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər