Azərbaycandan qaz idxalına hazırıq - Vardanyan

Azərbaycandan qaz idxalına hazırıq - VardanyanSiyasi məsələlər həll olunarsa, Ermənistan Azərbaycandan qaz idxal etməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi administrasiyası nazirinin müavini Akop Vardanyan Tiflisdə “İpək Yolu” forumunda çıxışı zamanı bildirib.

O, sovet dönəmində ölkəsinin belə bir təcrübəsi olduğunu xatırladıb:

"Bizim Sovet illərində bu cür təcrübəmiz olub. Biz qazı Azərbaycandan alırdıq, bizim Azərbaycandan üç nəhəng qaz kəmərimiz var idi və biz indi ölkələrimiz arasında siyasi məsələ həll olunduğu təqdirdə bu kəmərləri bərpa edə bilərik. Biz həm də Azərbaycandan Avropaya qaz nəqlində tranzit ölkə ola bilərik, eyni şey elektrik enerjisinə də aiddir", - Vardanyan bildirib.

Vardanyan həmçinin qeyd edib ki, Ermənistan Azərbaycandan Türkiyəyə və əksinə elektrik enerjisinin nəqli və ixracında, yaxud hər iki ölkəyə, eləcə də İran və Gürcüstan arasında elektrik enerjisi nəqlində rol oynaya bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər