Astanada azərbaycanlı iş adamına “Jomart Jan” mükafatı təqdim edilib

Astanada azərbaycanlı iş adamına “Jomart Jan” mükafatı təqdim edilibQazaxıstanın Aktau şəhərində yaşayan azərbaycanlı iş adamı Tağı Zirəddin oğlu Tağıyev Qazaxıstan Xalqı Assambleyasının “Səxavətli Ruh” (“Jomart Jan”) döş nişanı ilə təltif edilib.

Astana şəhərində Qazaxıstanın Respublika Günü ərəfəsində təşkil edilən “Mərhəmət karvanı” respublika forumunda azərbaycanlı iş adamına bu mükafatı Qazaxıstan Xalqı Assambleyasının sədrinin müavini Marat Azilxanov təqdim edib. “Jomart Jan” mükafatı xeyriyyəçilərə xüsusi qayğıya ehtiyacı olan uşaqlara və Abay rayonunda yanğın qurbanlarına dəstək göstərdiklərinə görə təqdim olunub.

Forumda Qazaxıstan Parlamentinin deputatları, dövlət qurumlarının təmsilçiləri, müxtəlif etnomədəni birliklərin nümayəndələri, xeyriyyəçilər və başqaları iştirak ediblər.

Xatırladaq ki, Qazaxıstan Xalqı Assambleyasının sədri ölkə Prezidenti Kasım-Jomart Tokayevdir.

Azərbaycanlı iş adamı Tağı Tağıyev kimsəsiz uşaqlara dəstəyinə görə “XI Vətəndaş Forumu”nun diplomuna da layiq görülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər