"Netanyahu bizim xoş niyyətimizdən sui-istifadə etdi"

"Netanyahu bizim xoş niyyətimizdən sui-istifadə etdi""Həyatımda bir dəfə Netanyahu adlı bu adamın əlini sıxdım. Təbii ki, yaxşı niyyətimiz var idi, lakin onlar bundan sui-istifadə etdilər. İsrailə getmək üçün layihəmiz var idi, onu da ləğv etdik”.

Türkiyə mətbuatı xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan TBMM Qrup Toplantısında deyib.

Bununla da, Ərdoğan İsrail səfərinin ləğv olunduğunu açıqlayıb.

İsrailin Qəzzada fələstinlilərə etdiyi zülmü qınayan Ərdoğan, "Fələstin davamızı müdafiə edəcəyik. Oktyabrın 7-dən bu yana böhranın daha da böyüməməsi üçün əlimizdən gələni edirik. 8 təyyarə dolusu tibbi yardım göndərdik. Biz İsrailin dövlət yox, təşkilat kimi fəaliyyət göstərməsini heç vaxt bəyənməyəcəyik. Hücumlarda ölənlərin təxminən yarısı uşaqlardır. Dünyada sırf uşaqları öldürmək üçün küçələrə od vuran bu qeyri-insani hərəkəti davam etdirən dövlət və ya ordu tapa bilməzsiniz. İndi mən buradan İsrailə səslənirəm. Ey İsrail, sən təşkilat ola bilərsən, çünki Qərbin sənə çox borcu var, amma Türkiyənin sənə heç bir borcu yoxdur. Qərb HƏMAS-ı terror təşkilatı hesab edir. “Həmas terror təşkilatı deyil, öz torpaqlarını qorumağa çalışan bir qrup azadlıq mücahididir”", - deyə ifadə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər