Fransa nəşri: İrəvan silahların pulunu necə verəcək?

Fransa nəşri: İrəvan silahların pulunu necə verəcək?Ermənistanın Fransa ilə bir neçə yüz milyon avroya çata biləcək hərbi müqavilələri necə ödəyəcəyi məlum deyil.

Axar.az xəbər verir ki, bu barədə Fransanın məşhur “Le Monde” nəşri Ermənistanın Fransadan GM-200 sistemləri alması və “Mistral” alışı ilə bağlı anlaşma memorandumu imzalaması barədə qeyd edib.

Nəşr bildirib ki, bunlara radar və zenit-raket satışı ilə bərabər, həm də Fransanın Ermənistana təlimləri də daxildir.

“Bunlar Ukraynaya olduğu kimi hərbi yardım deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Lakin İrəvanın onları necə ödəyəcəyi hələ məlum deyil”, - nəşr qeyd edir.

Xatırladaq ki, ötən gün Fransa müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla danışıqlardan sonra Parisin Ermənistana Müdafiə Nazirliyinin hərbi müşaviri kimi ordu zabitini göndərəcəyini və həm də Ermənistan ordusu üçün xüsusi təyinatlılar hazırlayacağını bildirib.

Lekornu həmçinin artıq elan olunmuş üç GM-200 radarının Ermənistana tədarükü ilə bağlı saziş və “Mistral” hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumunun imzalandığını da açıqlayıb. Fransa tərəfi həmçinin Ermənistanın yerüstü hava hücumundan müdafiə sisteminin auditini aparmaq niyyətindədir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər