Roma Papası Paşinyanı təltif etdi
Dərc olunub:
24-10-2023, 17:29
Baş nazir Nikol Paşinyan Ermənistanda diplomatik fəaliyyətini başa vuran Müqəddəs Taxt-Tacın apostol nunsisi, arxiyepiskop Xose Avelina Betankuru qəbul edib.
Avrasiya.net xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Arxiyepiskop Betankur Roma Papası Fransiskin adından Paşinyana Ermənistan və Müqəddəs Taxt-Tac arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə Vatikanın ən yüksək mükafatlarından birini - IX Piy ordeninin Böyük Xaçını təqdim edib.
Baş nazir yüksək qiymətə görə təşəkkür edib və Ermənistan Respublikası hökumətinin Müqəddəs Taxt-Tacla əlaqələrin ardıcıl inkişafında maraqlı olduğunu vurğulayıb. Nikol Paşinyan arxiyepiskop Betankura gələcək fəaliyyətində uğurlar arzulayıb.
Son xəbərlər
