İstanbulda su çatışmazlığı - 57 günlük su qalıb
Dərc olunub:
23-10-2023, 14:12
Türkiyənin İstanbul şəhərini su ilə təmin edən su anbarlarında su ehtiyatı 20%-ə qədər azalıb.
Türkiyə mətbuatı xəbər verir ki, yağıntı olmasa, bu həcm cəmi daha 57 gün üçün kifayət edəcək.
Sinoptiklərin məlumatına görə, yaxın 10 gündə İstanbulda yağıntı gözlənilmir. Havanın temperaturu +24 dərəcəyə qədər istiləşəcək.
Qeyd edək ki, İstanbulda 16 milyona yaxın insan yaşayır.
Son xəbərlər
