Ərdoğan İsrailə çağırış etdi

Ərdoğan İsrailə çağırış etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabındakı paylaşımında Qəzzaya qarşı hücumların genişlənməsinin daha çox ağrı, ölüm və göz yaşlarından başqa bir şey gətirməyəcəyini vurğulayıb.

Avrasiya.net xəbər verir ki, Ərdoğan “X” paylaşımında bildirib: “Uşaqları, qadınları və mülki insanları öldürməklə, xəstəxanaları, məktəbləri, məscidləri və kilsələri bombalamaqla təhlükəsizliyi təmin etmək mümkün deyil”.

Prezident Ərdoğan paylaşımını belə davam etdirib:

"İsrail rəhbərliyi öz səhvindən dönüb dövlət ağlı ilə hərəkət etmək əvəzinə, bölgə xaricindəki aktorların təxribatı ilə bir təşkilat kimi davranır. Bölgəmizi Qərb ölkələri tərəfindən təşviq edilən bu dəli çılğınlığından bir an əvvəl xilas etmək lazımdır. Bütün dövlətləri və beynəlxalq təşkilatları Qəzzada humanitar atəşkəsin mümkün qədər tez qurulması təşəbbüslərini səmimi şəkildə dəstəkləməyə dəvət edirəm. İsrail administrasiyasına çağırışımızı bir daha təkrar edirəm: dinc əhaliyə qarşı hücumlarının miqyasını heç vaxt genişləndirməməli və soyqırımı sayılan əməliyyatlarını dərhal dayandırmalıdır”.

Prezident Ərdoğan paylaşımında daha sonra deyib:

"İnanırıq ki, müsəlmanların, yəhudilərin, xristianların və bu torpaqlarda yaşayan hər kəsin təhlükəsizliyini təmin edəcək yeni mexanizmlərin qurulması ilə bölgəmizdə daimi sabitliyə nail olacağıq. Türkiyə daha çox günahsız qanların tökülməməsi, daha çox insan faciəsinin yaşanmaması və Fələstindəki münaqişələrin geridönülməz nöqtəyə çatmadan həll edilməsi üçün üzərinə düşəni etməyə davam edəcək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər