İran Ermənistanı “3+3” formatında danışıqlara dəvət edib

İran Ermənistanı “3+3” formatında danışıqlara dəvət edibErmənistan xarici işlər naziri Ararat Mirzoyan İran tərəfindən “3+3” formatında danışıqlarda iştirak etmək üçün dəvət alıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, görüşün Tehranda keçirilməsi planlaşdırılır.

“Hazırda iranlı tərəfdaşlarla görüşün təfərrüatları dəqiqləşdirilir. Yekun qərar qəbul edildikdən sonra bu barədə məlumat veriləcək”, - Kostanyan bildirib.

Bundan əvvəl Azərbaycan mətbuatı diplomatik mənbəyə istinadən Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin “3+3” formatında görüşünün keçirilə biləcəyi barədə məlumat yayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər