Paşinyan Qərb platformalarında Rusiyaya qarşı hücumlarını artırır
Paşinyan zəngin qocalıq yaşamaq və Qərbdə siyasi sığınacaq almaq üçün pul qazanır.
Avrasiya.net xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib.
“Avropa Parlamentində Paşinyan Ermənistanda dövlət çevrilişi hazırladığı iddia edilən bəzi “müttəfiqlərdən” danışıb. Aydındır ki, o, Qərb missiyasını yerinə yetirir. Nikol konkret olaraq Rusiyanın adını çəkməkdən qorxdu. Paşinyan üçün Moskva ilə münasibətlər geridönüş nöqtəsini keçib. Moskvanın onunla bağlı həlli var. Ən yaxşı halda o, Baş nazir kimi hazırkı müddətini başa vuracaq”, - o bildirib.
Arkov qeyd edib ki, Paşinyan Ermənistanı Ukrayna və Moldova yolu ilə aparır:
“Qərb tərəfdaşlarından pul istəyir. Paşinyan Qərb platformalarında Rusiyaya qarşı hücumlarını artırır. O, Qarabağla bağlı vəziyyətdə Rusiyanın Ermənistana kömək etmədiyinə eyham vurur. Görünür, Paşinyan Ermənistanın başqa ölkənin ərazisi üzərində nəzarətini bərpa etməkdə Rusiyadan ona kömək etməsini istəyirdi. Amma bu baş verməyəcək. Ermənistan hakimiyyəti özü Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyaraq, ondan imtina edib. İndi əsas məsələ Bakı ilə İrəvanın sülh müqaviləsi imzalamasıdır. İrəvan Bakı ilə sülh müqaviləsi bağlasa belə, müqavilənin şərtlərini yerinə yetirəcəyi fakt deyil”.
Son xəbərlər
