Yaxın Şərqi qarışdıranların məqsədi nədir?
HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində vəziyyət daha da ağırlaşıb. "Əl-Ərəbiyyə" telekanalı xəbər verir ki, Qəzza zolağında Əl-Əhli Əl-Maadani xəstəxanasına endirilən zərbə nəticəsində 800 nəfər həlak olub. Bundan əvvəl Qəzza Səhiyyə Nazirliyi 500 nəfərin öldüyünü və yaralandığını bildirmişdi.
Çox məkrli qüvvələrin planı nəticəsində Qəzzada baş verən hadisələri sakit izləmək mümkün deyil. Bütün bu qanlı olayların bizim regionumuza təsirsiz ötüşəcəyini düşünmürəm. Amma onu düşünürəm ki, belə münaqişəni yaratmaq və dərinləşdirmək istər fələstinlilərin, istərsə də İsrailin maraq dairəsində ola bilməz. Belə məkrli ssenari Qəzza zolağından, həmçinin İsraildən xeyli uzaqlarda hazırlanıb. Hiyləgər siyasi texnoloqlar bəzən qailibyyət üçün belə ədalətsiz müharibələri məqbul hesab edirlər.
Bu gün Rusiya-Ukrayna müharibəsi arxa plana keçib. Dünya liderləri münaqişənin həllinə dəstək məqsədilə Kiyevə deyil, İsrailə gedirlər. Ukrayna ərazisində çox qanlı cinayətləri unutdurmaq üçün Rusiyaya zaman lazım idi.
Göründüyü kimi, hazırda dünyanın diqqəti İsrailə yönəlib. Həmçinin erməniyə qucaq açan İran da diqqəti özündən yayındıra bilib. Qəzzanı barıt çəlləyinə çevirənləri bu gün tam aydınlaşdırmaq mümkün olmasa da, zaman onları müəyyən edəcək. Bütün hallarda dinc insanların qətlinə bais olanları, məkrli ssenari hazırlayıb regionu çalxalayanları lətənətləyirik.
Nəhayət Azərbaycan vətəndaşı, müsəlman olaraq hadisələri diqqətlə izləyib dürüst nəticə çıxarmalıyıq və regionumuzda belə qara layihələrin icrasına imkan verməməliyik.
Əkrəm Bəydəmirli
Son xəbərlər
