İsrail Rusiyanı hədələdi: Bədəlini ödəyəcəksiniz!

İsrail Rusiyanı hədələdi: Bədəlini ödəyəcəksiniz!Biz bu müharibəni bitirəcəyik, daha güclü olduğumuz üçün qalib gələcəyik. Bundan sonra inanın ki, Rusiya bunun bədəlini ödəyəcək.

Axar.az xəbər verir ki, bunu İsrailin hakim Likud Partiyasının nümayəndəsi Əmir Veytman Rusiyanı HƏMAS-ı dəstəklədiyinə görə tənqid edərkən deyib.

O, Rusiyanın İsrailin düşmənlərini dəstəklədiyini vurğulayıb:

"Rusiya xalqımıza qarşı soyqırım törətmək istəyən nasistləri dəstəkləyir. Rusiya bədəl ödəyəcək. Mənə çox diqqətlə qulaq asın: biz bu nasistləri bitirəcəyik, bu müharibədə qalib gələcəyik. Bundan sonra sizin etdiklərinizi unutmayacağıq. Biz Ukraynanın qalib gələcəyinə əmin olacağıq. Etdiklərinizin əvəzini ödəyəcəyinizə əmin olacağıq. Bayaq dediyimi yadda saxlayın: bədəlini ödəyəcəksiniz.

Anlamalısınız ki, hər şeyin öz nəticəsi var. İnsanlar yəhudilərin öldürülməsinə dəstək verəndə bunun bədəlini ödəyirlər. Yəhudilərin özlərini müdafiə edə bilmədikləri dövr arxada qaldı”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər