Qəzzada xəstəxana terroru: ölənlərin sayı 800-ü keçdi
Dərc olunub:
18-10-2023, 06:09
Qəzzada xəstəxanaya edilən raket hücumu nəticəsində ölənlərin sayı 800-ü keçib.
Avrasiya.net xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.
Fələstin Səhiyyə Nazirliyi isə ölənlərin sayını müəyyən etməyin mümkün olmadığını, dağıntılar altında çoxlu sayda insanın qaldığını, əksəriyyətin yanıb kül olduğunu bildirib.
Qeyd edək ki, İsrail ordusu xəstəxanaya raket zərbəsi endirməsi barədə məlumatı təkzib edib. İddia edib ki, bu, “İslami-Cihad”ın atdığı uğursuz raketin nəticəsidir.