Yol Mədəniyyəti Festivalı Diyarbəkirdə

Yol Mədəniyyəti Festivalı DiyarbəkirdəTürkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dünyanın ən əhatəli mədəniyyət və incəsənət layihələrindən biri olan Türkiyə Yol Mədəniyyəti Festivallarının keçirilməsi davam edir.

Festivalların keçirilməsində əsas məqsəd Türkiyənin mədəni dəyərlərini memarlıq, tarix, mədəniyyət və incəsənətini insanlara tanıtmaqdır.

Bu festivallara bir sıra ölkələrdən, o cümlədən Türkdilli dövlətlərdən jurnalistlər, video-blogerlər, nüfuzlu media agentliklərin nümayəndələri də qatılıb.

2023-ci ildə bu festivalın 11 fərqli şəhərdə təşkil edilməsi nəzərdə tutulub ki, artıq müxtəlif aylarda Kapadokya Balon, Sümela, Palandöken, Troya, Qastroantep, Başkent, Konya, Beyoğluda keçirilib.

Oktyabrın 14-də isə Diyarbəkirdə Yol Mədəniyyəti Festivalına start verilib. Festival oktyabrın 22-dək - 9 gün davam edəcək.

Festival günlərində YUNESKO-nun Mədəni İrs siyahısına daxil edilən Diyarbəkirin məsçidlər və kilsələr, İçkale Muzey Kompleksi, Öngözkü körpü, Ulu Cami, Hasanpaşa Hanı kimi qədim tarixi yerləri ilə hamı tanış ola bilər.

Daha sonra isə İzmir və dekabrda isə Antalyada bu festivalların keçirilməsi nəzərdə tutulub.

Onu da qeyd edək ki, 2021-ci ilin oktyabr ayında İstanbul Beyoğlu Mədəniyyət Yolu Festivalı ilə başlayan Türkiyə Mədəniyyət Yolu Festivalları, 2022-ci ildə Ankara Başkent, Çanakkale Troya, Diyarbəkir və Konya Mistik Musiqi Festivalı, Nevşehir Kapadokya daxil olmaqla 5 fərqli şəhərdə təşkil edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər