Sizin Reklam Burada

İran deputatı əndazəni aşdı: "Qarabağ erməni torpağıdır"

İran deputatı əndazəni aşdı: "Qarabağ erməni torpağıdır"İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Şəhriyar Heydəri Azərbaycanın ərazi bütövlüyünə zidd, tarixi təhrif edən və regionda sülhə təhlükə yaratmaq ideyasının davam etdirən fikirlər səsləndirib.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə SEPAH-a bağlı "Javan" xəbər agentliyinə müsahibəsində deyib.

O, Qarabağı “ənənəvi erməni torpağı” adlandıracaq qədər həyasızlıq edib.

“Bu gün Qarabağ ermənilərinin Ermənistana qaçmaları Azərbaycan Ordusunun təzyiqləri və atəş açmaları nəticəsində baş verib. Ancaq bu, Qarabağda ermənilərin kimliyi və mahiyyətlərinin aradan getməsinə səbəb ola bilməyəcək. Onlar sadəcə coğrafi baxımdan çətin vəziyyətə düşüblər”, - deyə iranlı deputat sərsəmləyib.

O, Azərbaycanın Qarabağda hakimiyyətini qura bilməyəcəyi kimi xəyalını da həqiqət kimi göstərməkdən və öz xislətini ortaya qoymaqdan çəkinməyib:

“Azərbaycan Qarabağı işğal etməklə oranı daima əlində saxlaya bilməyəcək. Ona görə ki, Ermənistan davamlı olaraq Qarabağı geri qaytarmağa çalışacaq”.

Şəhriyar Heydəri Azərbaycanı işğalçı və təcavüzkar adlandırıb.

Beləliklə, iranlı deputat Ermənistanın işğalçı ideologiyasının məhv olmasına imkan verməyən, “körükləyici” kimi davranıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər