Sizin Reklam Burada

"İran HƏMAS-ın hücumuna dəstək verdiyini gizlədir"

"İran HƏMAS-ın hücumuna dəstək verdiyini gizlədir"İran HƏMAS-ın İsrailə hücumunun arxasında dayandığını inkar edir. Bilir ki, etiraf edərsə bunun onun üçün ağır cavabı ola bilər.

Bunu "Xalq Cəbhəsi"nə Güney azərbaycanlı araşdırmaçı-yazar, siyasi ekspert Məhəmməd Rəhmanifər deyib.

Onun sözlərinə görə, amma Xameneyi öncələr də deyib ki, İsrailə qarşı hər bir hərəkatı dəstəkləyirik və arxasında dayanacağıq:

"İsrailə hücumdam sonra HƏMAS-ın sözçüsü İrandan həm mənəvi, həm də raket dəstəyi aldığını açıq şəkildə bildirdi. İran Livanda Hizbullahı da dəstəkləyir, bu da aydındır. Hərəkatın lideri Həsən Nəsrullah deyib ki, nə qədər İranda pul var, bizim maliyyə sıxıntımız olmayacaq".

Rəhmanifər onu da vurğulayıb ki, HƏMAS və Hizbullah bu gün İsrailə qarşıdır. İranın "İsraili yer üzündən siləcəyik" kimi təhdidləri onu deməyə əsas verir ki, HƏMAS-ın bu hücumunun arxasında da Tehran dayanır: "İran Fələstinlə İsrail arasında barışın imzalanmasına qarşıdır. Necə ki, Qarabağda sülhün olmasına əngəl törədib. Bu gün də İran Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasını istəmir. İranın varlığı bölgədə böhranların mövcudluğundan keçir. Çalışır ki, bölgədə böhran yaşansın".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər