Sizin Reklam Burada

Terror İsraili qorxuda bilməz - Leviev

Terror İsraili qorxuda bilməz - LevievHƏMAS-ın İsrailə atdığı raketlərin səsi hələ də eşidilir. Oktyabrın 7-də terrorçu ürşruplaşma 5 min raket atmışdısa, bu gün artıq onların sayı azalıb. Amma atəş səsləri, raket hücumun səsləri eşidilir, dinc sakinlərin yaşadığı binalar hədəfə alınır. Buna baxmayaraq, İsrail təxirəsalınmaz tədbirlər görüb.

Avrasiya.net xəbər verir ki, bunu "Xalq Cəbhəsi"nə İsrailli ictimai xadim, “Yerusəlimin əli” təşkilatının rəhbəri, lobbiçilik fəaliyyəti göstərən Barux Leviev deyib.

Onun sözlərinə görə, təhlükə hələ də qalır. Küçələr boşalıb, ancaq ərzaq mağazaları açılıb, məktəblər bağlanıb, mülki əhalinin təhlükəsizliyin təminatı dövlət səviyyəsində nəzarətə götürülüb: "Qəzza zolağında, şəhərlərdə polis postları qurulub, hamı ciddi yoxlanılır, nəzarətə götürülüb. Çoxu işə çıxmaqdan imtina edib. Terrorçular hara gəldi raket atıblar. Hətta İsrailin Qüds yaxınlığındakı Əbu Qoş kəndində Əhməd-Hacı Kadırov adına məscid fələstinlilərin raket atəşi nəticəsində zədələnib.

Hansı ki, bu məscidi Ramzan Kadırov 2014-cü ildə atasının adına tikdirib. Əhməd Kadırovun adına olan məscid İsrailin ən böyük məscidlərindən biridir.

İndi başqa bir təhlükə yarana bilər. Cənubda yeni cəbhə açıla bilər. Bu Livandan gələ bilər. Çünki Hizbullah Livanı nəzarətdə saxlayır və ordusunda yeni silahlar var. Verilən məlumata görə, artıq 350 min insan mobilizasiya olunub. Onların bir hissəsi şimalda, digərləri canub tərəfdədirlər. Livan tərəfindən bir neçə provakasiya olub, raketlər İsrail istiqamətdə göndərilib, onların hamısı məhv olub".

Leviev onu da deyib ki, İsrail xalqı bu hücumların qarşısını almaq əzmindədir, əhali arasında heç bir qorxu, təşviş yoxdur, əhali bütün hazırlığını görüb, dövlətin yanındadır və terrorizmə qarşı mübarizədə hökumətlə həmrəydir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər