Erməni əsgəri ildırım vurub öldürdü
Dərc olunub:
11-10-2023, 16:03
Ermənistan ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində ölüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat yayıb.
Bildirilir ki, hadisə Qeqarkunik rayonunda yerləşən hərbi hissədə baş verib.
Əsgər ildırım vurması nəticəsində ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.