İsraildən Xameneiyə cavab: Peşman ediləcəksiniz!
Dərc olunub:
11-10-2023, 11:00
İsrailin rəsmi səhifəsi İranın ali dini lideri Əli Xameneiyə cavab verib.
Axar.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində paylaşım edilib.
“Klaviatura arxasında gizləndiyiniz zaman cəsarətli olmaq asandır. Siz və HƏMAS dostlarınız çox tezliklə barbar hərəkətlərinizdən peşman olacaqsınız”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Xamenei ötən gün “Sionist rejimə hücum planlaşdıranların əllərindən öpürük” demişdi.