Sizin Reklam Burada

Əməkdaşlığın davamlı inkişafı

Əməkdaşlığın davamlı inkişafı Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı verdiyi əsas mesajlardan biri bu idi. Dövlət başçımızın da söylədiyi kimi, bütün regionun inkişafı üçün yaranmış şansı əldən vermək böyük səhv olar. Sülh və təhlükəsizlik, sıx əməkdaşlıq regionun inkişafının əsas şərtidir. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün, həm bütün bölgə üçün çox vacibdir.

Bu gün rəsmi Bakının təşəbbüsü ilə Cənubi Qafqazda etibarlı sülhün əsası qoyulur. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı xarici siyasətin nəticəsində regionda sabitliyin qarantı, həmçinin bölgənin iqtisadi yüksəlişinin təminatçısıdır. Hazırda dünyada baş verən hadisələr, geosiyasi proseslər, sakit, təhlükəsiz həyatın dəyəri getdikcə daha da aktuallaşdırır. Azərbaycan son üç ildə Cənubi Qafqaz üçün separatizmdən uzaq firavan gələcək üçün davamlı inkişaf, rifah və firavanlığa yönəlmiş sülh gündəmini təşviq etməkdə davam edir. Bu təşəbbüslər qonşu Gürcüstandan birmənalı dəstək alır, tarixi dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri bu gün regionda dinc gələcəyin qurulmasının mühüm amillərindən birinə çevrilir.

Azərbaycan və gürcü xalqları arasında tarixi köklərə dayanan mədəni əlaqələr müstəqillik illərində həm iqtisadi, həm də siyasi baxımdan yüksək səviyyəyə çatmışdır. Prezident İlham Əliyevin bölgədə və eyni zamanda dünya siyasi arenasındakı nüfuzu bu əlaqələrin inkişafında müstəsna əhəmiyyət kəsb edib. Hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edən Gürcüstan bunların fonunda bütün məsələlərdə ölkəmizin iqtisadi və siyasi dəstəyini hiss edib.

Tbilisi də qonşu Azərbaycanla Ermənistanın sülh sazişini imzalayacağına ümid edir. “Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Ümidvarıq ki, bu bölgədə sülh davamlı olacaq və ölkələrimizin firavanlığına xidmət edəcək, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün”, deyə Qaribaşvili ölkəsinin mövqeyini diqqətə çatdırdı.

Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.

Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə toxunan Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, üç il əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, ötən ay bütün ölkə üzərində suverenliyini bərpa edib: “Bütün regionun inkişafı üçün yaranmış şansı əldən vermək böyük səhv olar. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu əməkdaşlıq çox uğurlu ola bilər.”

Sülhə sonsuz sədaqətini əməli fəaliyyəti ilə sübut edən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən söhbət açaraq vurğulayıb ki, bir neçə ölkə və bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan arasında davamlı sülhün əldə olunmasına dəstəklərini ifadə edirlər. Belə dövlətlərdən biri də dost və qonşu Gürcüstandır. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Ermənistanın razılığından dərhal sonra aidiyyəti qurumlarımızın rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə bilərlər. Rəsmi Bakı Tbilisinin regionda sülhyaratma səylərini yüksək dəyərləndirir.

Azərbaycan və Gürcüstan arasında humanitar əməkdaşlıqda yüksək səviyyədə inkişaf etmişdir. Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xüsusi əhəmiyyət daşıyır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Gürcüstanda azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir. Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur.

Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək. Prezident İlham Əliyevin Liderliyi ilə müstəqil Azərbaycan yeni-yeni zəfərlərə imza atacaq.

Mehriban İsrafilova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər