Sizin Reklam Burada

HƏMAS-ın İsrailə hücumu: İranın gözlənilməz həmləsi...

HƏMAS-ın İsrailə hücumu: İranın gözlənilməz həmləsi...İsrail-Fələstin münaqişəsinin tarixi fonunda hərbi toqquşmanın istənilən vaxt baş verməsi təəccüblü deyil, lakin HƏMAS-ın qəfil raket hücumuna başlaması “niyə indi?” sualını önə çıxarır. Və diqqəti üçüncü tərəfə, daha çox İranın üzərinə yönəldir.

Xameneinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi HƏMAS-ın hücumunu “nəcib əməliyyat” adlandırıb və qeyd edib ki, İran qoşunları fələstinlilərlə çiyin-çiyinə” vuruşacaq.

Tehranın HƏMAS-İsrail müharibəsi və eskalasiyanın daha da genişlənməsində birdən çox marağı görünür:

- İsrail İrana müdaxilə üçün beynəlxalq koalisiyanın yaradılması istiqamətində işləyir: bu ilin əvvəlində İrana dron hücumlarından sonra İsrailin beynəlxalq koalisiya yaratmaq cəhdləri nəticə verməsə də, məsələ hələ də gündəmdədir; Tehranın buna cavab olaraq, İrana müdaxiləyə hazırlaşan İsraili öz evində müharibəyə cəlb etdiyini demək mümkündür;

- İsrail ərəb dünyası ilə problemlərin həlli istiqamətində çalışır, hərçənd, bu müharibə onun ərəb ölkələri ilə münasibətlərini kəskinləşdirəcək: bu, İrana qarşı mümkün cəbhənin qurulmasında İsrailə problemlər yarada, o cümlədən, İran-Səudiyyə münasibətlərinin normallaşması fonunda Tehrana ərəb dünyası ilə “Fələstin məsələsi” üzərindən birləşmək imkanı verə bilər;

- Müharibənin uzanması Türkiyə-İsrail münasibətlərini də gərginləşdirə və təkcə iki ölkənin yox, Bakı-Ankara-Təl-Əviv xəttində də çatlar yarada bilər: kiçik ehtimal kimi görünür, lakin İran bunun baş verməsini çox istəyir.

Müharibənin gedişində Hizbullah və Suriyada İrana bağlı qrupların da İsrailə qarşı hücuma keçməsi, eyni zamanda, üç cəbhədən – Qəzza, Livan və Suriyadan raket zərbələrinin endirilməsi ssenarisi istisna deyil. Səfəvinin dediyi “İran qoşunları fələstinlilərlə çiyin-çiyinə döyüşəcək” sözləri də bununla bağlı ola bilər.

Asif Nərimanlı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər