Sizin Reklam Burada

Yəhudi xalqı Ermənistanda ciddi təhlükədədir

Yəhudi xalqı Ermənistanda ciddi təhlükədədirBakılı ravvin Zamir İsayev növbəti dəfə Ermənistan yəhudilərini xilas olmağa çağırıb. Səbəb bəllidir. Türk, kürd və yəhudi düşməni olan ermənilər onlara qarşı amansız planlar hazırlayırlar. Bir neçə gün öncə Ermənistanda yəhudilərə məxsus sinaqoqa hücum olub. Terrorçular sinaqoqun içərisində dağıntılar ediblər və qırmızı rənglə divarları yazıblar. Bu aksiyanı ASALA İsrailin Azərbaycana siyasi-hərbi dəstək verdiyinə görə etdiyini açıqlayır və onların etdiyini deyir. Bu barədə başqa yazımda ətraflı məlumat vermişəm
https://olke.az/maraqli/347043/ermeni-terroru-yehudileri-hedeleyir-qara-sentyabr-nedir/

Ermənilərin yəhudiləri düşmən seçməsinin səbəbləri nədir? Tarixə baxış keçirib diqqətinizə çatdırıram.

1810-cu ildə ilk dəfə ermənilər və yəhudilər arasında “İsa peyğəmbər kimdir-yəhudi, yoxsa ermənidir” məsələsi qalxmışdı. O vaxtlar ermənilər iki nəfərdən ibarət komanda yaratmışdılar – onların adları da məndə var – İsa peyğəmbərin cənazəsini Yerusəlimdən çıxarıb Amerikaya aparmaq istəyirdilər. Dünya yəhudi diasporu və lobbisi bu sərsəm addımın qarşısın alandan sonra ermənilər yəhudiləri türklərdən və kürdlərdən daha çox düşmən elan ediblər. Bu gün Eçmiədzində yerləşən Erməni Qriqorian Kilsəsinin baş kafedralında türklər və kürdlər məhv edildikdən sonra yəhudilər yer üzündən silinməlidir başlıqlı konsepsiya var.

Ermənilərin yəhudilərə nifrətinin kökündə 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələr də durur. Amerikada erməni diasporunun əsas media orqanlarından biri olan “Azbares” qəzetində 1915-ci ildə, birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin guya sistemli şəkildə məhv edilməsində türklərdən çox yəhudilərin rolu böyük olub. Birinci Dünya Müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı dövləti 27 may 1915-ci ildə "Köç" qərarın məhz yəhudilər təşkil ediblər və onlar Osmanlıları erməniləri qırmağa inandırıblar.

Tarixə bir daha nəzər salsaq 1918-ci ildə ermənilərin Quba qəzasında törətdikləri dəhşətli qətliamda öldürülən dinc insanların çoxunun milliyyəti Quba rayon sakinləri olan yəhudilər olublar. Aparılan analizlərdən məlum olub ki, ermənilər yəhudi-ləri xüsusi amansızlıqla öldürüblər. Bu barədə müsahibələrinin birində ABŞ-dakı İsrail səfirliyinin müşaviri Lenin Ben-David The Jerusalem Post qəzetində deyib: “Ermənilər 1918-ci ildə Azərbaycanda 3 mindən çox yəhudini qətl ediblər” Belə ki, Sovet qoşunları tərəfindən Azərbaycanda milli hökumət devrildikdən sonra Azərbaycan SSR-in rəhbərliyində xeyli sayda erməni mənşəli şəxslər təmsil olunduğundan ermənilər arxivlərimizə müdaxilə ediblər.

1935-ci ilin avqustundan erməni qəzetləri almanmeylli məqalələr çap edirdi. 10 may 1935-ci il tarixli həftəlik "Hairenik" erməni qəzeti Rumıniyanın başkəndi Buxarestdə vitse-merin bəyanatını çap etmişdi: “Ermənilər yəhudilərin quluna çevrilməmək üçün Rumıniyaya kömək etmişdir“

II dünya müharibəsində erməni batalyonları çoxsaylı yəhudi-lərin qırılmasında əsas rollardan birini oynamışlar. Bu batalyonun əsgərləri keçmiş erməni hərbi vərdişlərini özündə saxlayan xüsusi tapşırıqları yerinə yetirirdi. Erməni əsgərlərinin çoxundan yenicə tutulmuş və istila edilmiş torpaqlarda polis birləşmələri kimi istifadə olunurdu. Erməni əsgərlərinə casusluq edərək almanların siyahısında olan bütün yəhudiləri tutmaq tapşırığı verilmişdi. Bir dəfə çoxsaylı adamlar ələ keçirilmişdi, ermənilər onları bir yerə toplayaraq milyonlarla yəhudinin kütləvi surətdə qətlə yetirildiyi bədnam konslagerə icra etdilər. Daşnakların nasistlərə əhəmiyyətli xidmətlərəndən biri də Sovet arxa cəbhəsində və işğal bölgələrində təbliğat fəaliyyətləriydi. Bu qrupların birinin başında məşhur daşnak lideri Seton Celalyanın SS zabiti olan oğlu Nikolay Gevorkyan (Doktor Sikorskiy, Gevorkov) dururdu. İşğal bölgələrində erməni əhalinin arasına agentlərini yerləşdirərək kəşfiyyat fəaliyyəti göstərirdilər. Almanlara görə ermənilər millət olaraq kəşfiyyatçılığı yaxşı bacarırdı. Bütün Qafqazda almanlar onların verdiyi məlumatlardan yararlanırdilar. Yəhudilərin aşkar edilməsində və almanlara təhvil verilməsində ermənilərin çox xidməti olmuşdu. Əsirləri də testdən keçirərək yəhudi olduğunu belə təsbit etməkdə ermənilər nasistlərə yardım edirdilər. Özünü erməni olaraq təqdim edən və bununla ölümdən xilas olmaq istəyən yəhudi əsirə ermənicə kitab və ya İncili verərək gerçək milliyyətələrini öyrənir və yəhudi olduğunu bildirirdilər.

Ermənilər bütün gücləri ilə Hitleri dəstəkləyirdilər. Hətta yəhudilərin soyqırımında da böyük rolları olmuşdur. Erməni general Qaregin Njdenin qurduğu “Tsegagron” təşkilatının vasitəsilə gənc ermənilər faşist SS təşkilatına və digər elit alman hərbi qüvvələrinə daxil olurdular. Almaniyada və Fransada yaşayan bir çox ermənilər 58-ci Panzer ittifaqlarına və Vermaxtın 10-cu ordusuna girmişdilər. Erməni İnqilab Federasiyasının liderləri alman kəşfiyyatı ilə çox sıx münasibətdə idi. Erməni Komitəsi adlanan qurum isə dünya ermənilərinə yazdığı müraciətdə deyirdi:

“Alman Reyxinin himayəsi altındakı Ermənistan gücləri daxilində Yaxın Şərqdə alman təsirini gücləndirməyə çalışmaq məcburiyyətindədir. Onlar İngiltərə və Rusiyaya daha inanmalı deyillər və almanları özlərinə hami saymalıdırlar”.

Müraciətin sonunda belə bir sonluq yazılır:
“Yəhudilər fanatik milliyyətçi və irqçiliyin doqmatikləridir; onlar yaşadıqları yerlərdə, irqlərinin davamını təmin etmək üçün dünya vətəndaşı rollarına girirlər. Eynilə ingilislərin başqa ölkələri işğal üçün döyüş gəmilərini istifadə etdikləri kimi, yəhudilər də silah olaraq beynəlxalq hüququ və kommunizmi istifadə edirlər“.

”Modus Vivendi” təşkilatının Ermənistanda yerləşən mərkəzinin sədri Ara Papyan yazır ki, 1915-ci ildə ermənilərə qarşı soyqrımı yəhudilərin planı əsasında olub: “1604-cü ildən bu günə qədər ermənilərin bu günə düşməsinin səbəbi yəhudilərdi və onlar 1918-ci ildə Azərbaycanı işğal etməyimizin qarşısını aldılar. Bizdə II dünya müharibəsində qisasımızı aldıq.

1. Yəhudilər erməni şəhəri və qədim erməni torpağı olan Bizansın məhv edilməsini təşkil ediblər;
2. 1604-1605-ci illərdə ingilis kəşfiyyatı vasitəsilə yəhudilər Şah Abbasa təsir edib, İran və Əfqanıstanda 700 min erməninin deportasiya və məhv edilməsinə səbəb olublar;
3. 1915-ci ildə yəhudilərə xidmət edən Gənc Türklər və Tələt paşa Türkiyədə erməni soyqrımını onların planı üzrə həyata keçiriblər;
4. 1918-ci İldə yəhudilər Bakı və Qarabağın ermənilərdən alınmasına və onlara qarşı döyüşlərin keçirilməsinin baiskarları idilər;
5. Bu gün də yəhudilər Azərbaycanı silahlandırıb Ermənistana qarşı qoyurlar”.

Buna görə də mütləq şəkildə bütün yəhidlər Ermənistan ərazisindən çıxarılmalıdır.

Zaur Aliyev, dosent

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər