Netanyahu: Bu terror dalğasında İran günahkardır
Dərc olunub:
5-10-2023, 16:45
İordan çayının qərb sahilində israillilərə qarşı hücum dalğasında günahkar İrandır.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“İran Yəhudeya və Samariyada (İordan çayının qərb sahili üçün İsrail terminidir - red.) terror dalğasına və vətəndaşlarımızın öldürülməsi üçün əməliyyatların təşviqinə, maliyyələşdirilməsinə görə birbaşa məsuliyyət daşıyır. İsrail hökuməti terrorizmlə şiddətli mübarizə aparacaq və İsrail vətəndaşlarını qoruyacaq”, - o bildirib