"Paşinyan addımları ABŞ-ın tövsiyəsi ilə atır"

"Paşinyan addımları ABŞ-ın tövsiyəsi ilə atır"Ermənistanın Beynəlxalq Cinayət məhkəməsinin Roma statutunu təsdiq etməsi Rusiya ilə munasibətlərin bilərəkdən kəskinləşdirilməsi istiqamətində atdığı addlmdır. Bu sənədin ratifikasiyasından sonra Rusiya prezidenti Putinin İrəvana gəlişi zamani həbs olunma ehtimali olur.

Bunu Avrasiya.net-ə politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Rusiya Ermənistanın Aİİ və KTMT üzrə müttəfiqidir və rəsmi İrəvanın bu addımı müttəfiqlik münasibətlərinə dönuş çıxması anlamında qəbul olunur. Bəllidır ki, Paşinyan rejimi bütün bu addımları ABŞ-ın tövsiyəsi ilə atır, zira Paşinyan bölgə uğrunda ABŞ-ın Rusiyaya qarşı apardığı geosiyasi mübarizədə Ag Ev administrasiyasının əlində olan bir maşadir, alətdir:

"Paşinyan onun qarşısında Qərb tərəfindən qoyulan vəzifəni israrla həyata keçirmək istəyir. Qarabagdakı uğursuzluga görə Rusiyanl günahlandırır. Bununla belə onun birtərəfli şəkildə Rusiyanı Ermənistandan sıxışdırıb çixarmaq cəhdləri heç bir nəticə verməyəcək. Cümrüdəki 102-ci hərbi bazanın Ermənistanda qalma müddəti imzalanmış müqaviləyə görə 2050-ci ilə qədərdir. Ermənistanın qısa zamanda KTMT-dən birtərfli şəkildə çıxacağı da real deyil, qarşılıqlı öhdəliklər var. Ermənistanın iqtisadiyyatinda Rusiyanin səhm payı, xüsusilə dəmir yollarının Rusiyaya məxsusluğu, Rusiyadan olan enerji asılılığı, İran və Türkiyə sərhədlərinə əldə olunmuş razılıqlara görə Rusiya sərhədçilərinin nəzarət etməsi, bölgəyə ABŞ-ın müdaxiləsinə qarşı olan geosiyasi faktor (Rusiya və İran) Paşinyan rejiminin qarşısında duran çox ciddi sədlərdir, stəlik Ermənistan müxalifəti, etiraz elektoratı, Rusiyadaki erməni diasporasi kimi amillər də Paşinyana qarşıdır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər