Sizin Reklam Burada

"Terror aktları türk xalqının müqavimətini və əzmini heç vaxt sarsıda bilməz"

"Terror aktları türk xalqının müqavimətini və əzmini heç vaxt sarsıda bilməz"Pakistan Azərbaycan Məzunlar Dərnəyinin (PAAA) prezidenti Qaiser Navab Ankaradakı terror hücumunu pisləyib və türk qardaş və bacılarına dəstək verib.

Tanınmış qlobal pakistanlı gənc fəal və Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) prezidenti, həmçinin Davamlı İnkişaf üçün Bir Kəmər və Yol Təşəbbüsünün (BRISD) prezidenti Qaiser Navab Ankarada törədilən terror aktını pisləyib.

Xatırladaq ki, akt Türkiyənin paytaxtı Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin qarşısında və Türkiyə parlamentinin binası yaxınlığında terrorçular tərəfindən həyata keçirilib.

Q.Navab Avrasiya.net-ə deyib ki, parlamentin açılışı ərəfəsində həyata keçirilən hücum Türkiyə paytaxtının sülh və təhlükəsizliyini təhdid edən ağır bir zorakılıq aktıdır. Bu iyrənc əməldən zərər çəkənlərə və onların ailələrinə dərin hüznlə başsağlığı veririk.

Qaiser Navab bu çətin dövrdə türk qardaş və bacılarımıza sarsılmaz dəstəyini və həmrəyliyini bildirir. Ədalətli və dinc dünyada terror aktlarına yer yoxdur və beynəlxalq ictimaiyyətin terrorizmin bütün formalarına qarşı birlikdə olması zəruridir.

"Bu gün biz türk qardaş və bacılarımızla həmrəyik. Terror sərhəd tanımır və bu təhlükənin kökünü kəsmək üçün birlikdə çalışmaq bizim borcumuzdur. Fikir və dualarımız Türkiyə xalqı və hökuməti ilədir və biz xəsarət alan zabitlərin tezliklə sağalacağına ümid edirəm”, - Qaiser Navab bildirib.

O, qeyd edib ki, zorakılıq və terror aktları türk xalqının müqavimətini və əzmini heç vaxt sarsıda bilməz. Biz sülhü, təhlükəsizliyi və davamlı inkişafı təşviq etmək üçün beynəlxalq ictimaiyyətlə birgə işləməyə sadiq qalırıq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər