Sizin Reklam Burada

Məşhur erməni general təşvişə düşdü: “Bilirəm ki, Bakı məni də tələb edəcək”

Məşhur erməni general təşvişə düşdü: “Bilirəm ki, Bakı məni də tələb edəcək”Azərbaycan hüquq-mühafizə orqanlarının erməni separatçıların həbsinə dair ardıcıl xəbərlər yayması İrəvanda çoxlarını təşvişə salıb.

Modern.az saytı xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, istefada olan general-polkovnik Movses Akopyan “168.am”a müsahibəsində bildirib ki, Azərbaycanın onun da həbsinə iddialı olacağına şübhə etmir.

“Narahatlığım yoxdur, amma bilirəm ki, məni də tələb edəcəklər. Ola bilsin ki, Ermənistan məni verməyə çalışsın, amma bacarmayacaq”, - Movses Akopyan qısaca xatırladıb.

Qeyd edək ki, Movses Akopyan Ermənistan Təhlükəsizlik Şurasının hazırkı katibi Armen Qriqoryanın dayısıdır.

O, sonuncu dəfə Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi vəzifəsində işləyərkən baş nazir Nikol Paşinyanla insident yaşayıb və vəzifəsindən istefa verib.

M.Akopyan 1965-ci il fevralın 4-də Azərbaycanın Xocavənd rayonunun Çartar kəndində anadan olub. Akopyan 2007-2015-ci ildə qondarma “Dağlıq Qarabağ Respublikasının müdafiə naziri” işləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər