Sizin Reklam Burada

Gümüşhane Universitet rəhbərliyi azərbaycanlı tələbələrlə görüş keçirib - FOTOLAR

Gümüşhane Universitet rəhbərliyi azərbaycanlı tələbələrlə görüş keçirib - FOTOLARTürkiyənin Gümüşhane şəhərində yerləşən Gümüşhane Universitetində azərbaycanlı tələbələrin universitet rəhbərliyi ilə görüşü keçirilib.

Görüşü Avrasiya İnformasiya Agentliyinin (avrasiya.net) və Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin Qaradəniz bölgə təmsilçiliyinin rəhbəri Elnur Bağırov təşkil edib.

Görüşdə qonaq qismində universitetin rektoru PROF.DR Halil İbrahim ZEYBEK, xarici tələbələrin koordinatoru Dr. Öğr. Üyesi Mustafa Ayyildiz iştirak ediblər.

Görüşü açıq elan edən universitetin rektoru yeni qəbul olmuş və təhsillərini davam edən tələbələri salamlayaraq onlara uğurlar arzu edərək şəhərin təqdimatını edib.

Tələbələrimizə şəhər və eyni adlı universitet haqqında məlumat verən rektor o cümlədən Azərbaycanın 23 sentyabr tarixində keçirdiyi antiterror əməliyyatlarından bəhs edərək Azərbaycanın haqq mübarizəsini dəstəklədiyini və qələbə münasibətilə həm tələbələrə həm də Azərbaycan xalqına təbriklərini çatdırıb.

Sonda universitetin rektoru təşkilatçı Elnur Bağırova bu görüşün təşkilinə görə təşəkkür edərək gələcəkdə belə görüşlərin keçirilməsinin labüddüyünü vurğulayıb.

Daha Elnur Bağırov tələbələrimizin təhsillərində yaranacaq hər hansı problemdə onların yanında olacağını həm öz adından həm də Kars Baş Konsulluğunun adından bildirib və onların yaşayıb təhsil aldıqları şəhərdə Azərbaycanımızı ən yüksək səviyyədə təmsil edəcəklərinə inandığını söyləyib.

E.Bağırov həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qazi və şəhid olmuş hərbçilərin ailələrindən olan tələbələrimizin oturma icazəsi və sığorta ödənişlərinin özləri tərəfindən qarşılanacağını diqqətə çatdırıb.

Görüş bitdikdən sonra xüsusi istedada malik tələbələrimizlə söhbət aparan E.Bağırov onların xüsusi bacarıqları sahəsində davam etmələri üçün kömək edəcəyini bildirib.

Elnur Bağırov tədbirdən sonra saytımıza açıqlamasında bu görüşlərin vaxtaşırı keçiriləcəyini bildirib.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər