Sizin Reklam Burada

Paşinyan qan tökməyə hazırdır – Hraparak

Paşinyan qan tökməyə hazırdır – HraparakSon günlər Ermənistanın müxalifət düşərgəsində ciddi fikir ayrılıqları yaranıb və müxalifətçilər bir-birini ittiham etməyə başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Müxalifətin yaratdığı Milli Komitədə ciddi fikir ayrılıqları yaranıb, onlar bir-birini ittiham edir, ritorikalarını bəyənmirlər. Vazgen Manukyan bitib-tükənməyən yürüşlərlə müxalifətin fəaliyyətini dəyərdən salmaqdansa, konkret addımlar atmağı təklif edib. Amma digərləri məsuliyyəti öz üzərinə götürməkdən qorxaraq qeyd ediblər ki, Paşinyan kürsü uğrunda qan tökməyə hazırdır, lakin bu qan onların üzərində qalacaq. Milli Komitə Avetik Çalabyandan da Paşinyanı tənqid etmədiyinə görə narazıdır və Tevanyanın çıxışında qüsurlar aşkarlayıb”, - məlumatda deyilib.

Qeyd olunur ki, komitə yaradılsa da, müxalifət bəyanatlarda belə razılaşa bilmir və bu, hakimiyyətin əleyhdarlarının mitinqlərinin təxirə salınmasına səbəb olur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər