Sizin Reklam Burada

Putin Şoyquya bir ay vaxt verdi

Putin Şoyquya bir ay vaxt verdiRusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukrayna silahlı qüvvələrinin əks-hücumunu dayandırmaq üçün oktyabr ayına qədər vaxt verib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Kremldəki daxili mənbə iddia edir ki, Putin guya Rusiya müdafiə naziri Şoyquya cəbhədəki vəziyyəti yaxşılaşdırmaq, Ukraynanın əks-hücumlarını dayandırmaq və təşəbbüsü Rusiya qoşunlarına qaytarmaq üçün 2023-cü ilin oktyabr ayının əvvəlinə qədər bir aylıq möhlət verib. Bununla da Rusiya hərbi komandirləri Ukraynanın əks-hücumunu bitirmək ümidi ilə davamlı hücum əmri verə bilərlər - hətta bu, Rusiyanın hərbi imkanlarına baha başa gəlsə belə. Putin və Kreml Rusiyanın müdafiə əməliyyatlarını döyüş meydanında böyük qələbə kimi təqdim edir. Və Rusiyanın davamlı əks-hücumları Kremlə imkan verir ki, bu əməliyyatları ölkənin başqa yerlərdə uğur qazana bilməməsi fonunda tək qələbə kimi qələmə versin. Ola bilsin ki, Putin Qərbin əhəmiyyətli dəstəyinə baxmayaraq, Ukrayna əks-hücumlarının heç bir taktiki və ya əməliyyat effekti əldə etmədiyi illüziyası yaratmaq üçün Rusiya hərbi komandirlərinə bütün ilkin müdafiə mövqelərini saxlamağı əmr edib. Lakin bu kampaniya yalnız Rusiya qoşunları faktiki olaraq Ukrayna qüvvələrinin geniş əraziləri azad etməsinin qarşısını ala biləcəyi təqdirdə uğur qazana bilər”, - məlumatda deyilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər