Ermənistanda Hindistan hərbi bazası yaradılsın! - TƏKLİF
Dərc olunub:
25-09-2023, 11:21
"Ermənistanda Hindistan hərbi bazası haqqında düşünməyin vaxtıdır".
Modern.az xəbər verir ki, bu barədə “Hindistan-Ermənistan Dostluğu” QHT-nin sədri Ranancay Anand özünün X səhifəsində yazıb.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfər edəcəyinə toxunub. Anand hesab edir ki, bu səfər məhz Zəngəzur dəhlizinin açılmasına təkan məqsədi daşıyır. QHT sədri Zəngəzur dəhlizini "pantürkist marşrutu" adlandırıb.
Ranancay Anand dəhlizin açılmasının Hindistan üçün "yaxşı xəbər olmadığını" düşünür və "Pakistan-Türkiyə-Azərbaycan üçlüyünün Hindistanın təhlükəsizliyinə təhdid planlaşdırdığını" iddia edir.