İrəvanda etirazlar davam edir: 84 nəfər saxlanıldı
Dərc olunub:
22-09-2023, 15:18
Bir neçə gündür İrəvandakı etiraz aksiyasında bu gün ərzində 84 nəfər saxlanılıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 19-dan İrəvanın mərkəzində hökumət binası yaxınlığında başladılan aksiyada Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələr fonunda Baş nazir Nikol Paşinyanın istefasını tələb edilir.