"Azərbaycan faktiki olaraq öz ərazisində fəaliyyət göstərir" - Rusiyalı siyasətçi

"Azərbaycan faktiki olaraq öz ərazisində fəaliyyət göstərir" - Rusiyalı siyasətçi"Paşinyanın bəyanatları fonunda Azərbaycan faktiki olaraq öz ərazisində fəaliyyət göstərir".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Konstantin Dolqov bildirib.

Siyasətçinin sözlərinə görə, ən vacib şey Rusiya prezidenti Vladimir Putinin Şərq İqtisadi Forumunun plenar iclasında dedikləridir: "Praqada Paşinyan özü Qarabağı Azərbaycana aid edib. O , İrəvanın nöqteyi-nəzərindən Qarabağın statusunu kökündən dəyişdi. Yeni şəraitdə Rusiya sülhməramlılarının statusu da az müəyyənləşib, ona görə də onlardan heç bir möcüzə gözləməyə dəyməz.Onlar artıq dinc sakinlərin təxliyyəsinə köməklik göstərirlər və lazımi tədbirləri görürlər. Bu da vacibdir".

O, həmçinin əlavə edib ki, Rusiyanın mövqeyi tezliklə atəşkəs və sülh danışıqlarına qayıtmaq zərurətindən qaynaqlanır: "Qafqazda qarant və təhlükəsizlik faktoru kimi Rusiyanı heç kim əvəz edə bilməz. Amma Paşinyan son vaxtlar dəfələrlə bildirib ki, o, nə Moskvanı, nə də Rusiyanı təhlükəsizliyin təminatçısı hesab etmir və Qərbdə başqa təminatlar axtarır. İndi kimsə buna zəmanət verə bilərmi? Mən buna ciddi şübhə edirəm".



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər