ABŞ-ın hərbi kəşfiyyat briqadası İrəvana yerləşdirildi

ABŞ-ın hərbi kəşfiyyat briqadası İrəvana yerləşdirildiErmənistanda diplomatik pərdə altında ABŞ ordusunun Bastion sisteminə xidmət edən hərbi-texniki kəşfiyyat briqadası var. ABŞ Cənubi Qafqaz regionunda sabitliyin pozulmasına daim diqqət yetirir. Bu məsələdə onların əsas müttəfiqi rəsmi İrəvandır. Əslində, biz tam açıq və səmimi deyə bilərik ki, amerikalıları Cənubi Qafqaz regionuna gətirən erməni siyasi elitasıdır.

Axar.az xəbər verir ki, bunu rusiyalı tarixçi-qafqazşünas Oleq Kuznetsov deyib.

“Bu baxımdan, bir daha xatırladaq ki, Bağdaddan sonra ikinci ən böyük Amerika səfirliyi İrəvandadır, 6 hektar ərazini əhatə edir, 5 min nəfər (rəsmi məlumatlarda 2,5 nəfərdir – red.) çalışır. Orada diplomatik pərdə altında ABŞ ordusunun Bastion sisteminə xidmət edən hərbi-texniki kəşfiyyat briqadası və hökumətlərarası razılaşma əsasında Ermənistanda yerləşdirilən Rusiya hərbçilərinə qarşı mübarizə aparacaq dəniz piyadaları briqadası var.

Bağdad və İrəvandakı səfirliklər ABŞ-ın Yaxın Şərq, Qərbi və Mərkəzi Asiyadakı hərbi-siyasi nüfuzunun forpostlarıdır və təəccüblü deyil ki, bu gün rəsmi İrəvan siyasi baxımdan Vaşinqtona mümkün qədər yaxındır, demək olar ki, bir vaxtlar Kremlə yaxın olduğu kimi. ABŞ-ın ümumilikdə Qərbi Asiya regionunda, xüsusən də Cənubi Qafqazda təsirini yaymağına məhz Ermənistan vasitəçi oldu”, - o bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər