"Ölməyib, amma vəziyyəti ağırdır” – Ukrayna kəşfiyyatı Kadırov haqda
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan son şayiələrə münasibət bildirib.
Yusov UNİAN-a açıqlamasında Kadırovun vəziyyətinin ağır olduğunu bildirib.
"Təəssüf ki, biz dünyada bütün yaxşı insanların gözlədiyi ən yaxşı xəbəri təsdiq edə bilmərik. Amma onun vəziyyətinin ağır olduğunu bildirir və təsdiq edirik", - kəşfiyyat nümayəndəsi vurğulayıb.
Ukrayna kəşfiyyatının sözçüsü bildirib ki, Kadırovun vəziyyəti ağırdır, çünki onun mövcud xəstəlikləri kəskinləşib.
Son günlər internetdə Çeçenistan rəhbəri Ramzan Kadırovun ölümə yaxın olması ilə bağlı məlumatlar aktiv şəkildə yayılır. Bəzi çeçen hüquq müdafiəçiləri artıq onun ölümü barədə məlumat veriblər.
Eyni zamanda, KİV-lər yazır ki, Kadırov həqiqətən də xəstəxanadadır və nisbətən sağalır. Qeyd olunur ki, guya ona böyrək köçürmək istəsələr də, orqan kök atmayıb.
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Kreml Ramzan Kadırovun səhhəti ilə bağlı məlumat vermir”.
Rəsmi olaraq Kadırov bir neçə aydır ki, məzuniyyətdədir.