2 erməni zabit həbs edilib
Dərc olunub:
18-09-2023, 18:19
Ermənistan Müdafiə Nazirliyinin 2 əməkdaşı həbs edilib.
Avrasiya.net Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb.
Ətraflı
Bildirilib ki, zabitlər qanunsuz olaraq ordudan möhlət və təlim-məşq toplanışlarında iştirakdan azad olunma üçün rüşvət aldıqlarına görə həbs edilib.
Hazırda araşdırmalar davam etdirilir.