Bu ölkə rus diplomatları ölkədən çıxarır
Dərc olunub:
16-09-2023, 08:16
Şimali Makedoniya Rusiya səfirliyinin 3 əməkdaşını “arzuolunmaz şəxs” elan edib.
Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Üç diplomatımız heç bir açıqlama verilmədən arzuolunmaz şəxs elan edildi”, - deyə Zaxarova bildirib.
XİN rəsmisi əlavə edib ki, rəsmi Skopye bununla onsuz da böhran vəziyyətində olan münasibətləri dalana dirəyir.