Sizin Reklam Burada

İranda səfirliyimizə hücum edən şəxsin məhkəməsi başlayır

İranda səfirliyimizə hücum edən şəxsin məhkəməsi başlayır27 yanvarda Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı ibtidai istintaq işi yekunlaşıb.

Bunu Tehranın Ümumi və İnqilab Məhkəməsinin Prokuroru Əli Salehi deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi kifayət qədər operativ və dəqiqliklə aparılıb.

Salehi bildirib ki, Azərbaycan səfirliyinə hücum bir səfirlik əməkdaşının qətlə yetirilməsi və səfirlik əməkdaşlarının yaralanması, eləcə də səfiliyin əmlakına xəsarətin yetirilməsi ilə nəticələnib.

Əli Salehinin sözlərinə görə, bu işlə bağlı digər şübhəli məqamlar da mövcuddur.

Salehi əlavə edib ki, Tehran Cinayət Məhkəməsində istintaq prosesində müttəhimə Azərbaycan səfirliyində odlu silahdan istifadə etməklə qəsdən adam öldürmək, bir ədəd “Kalaşnikov” silahı, bir ədəd tapança kimi odlu silah gəzdirmək və saxlamaq, ictimai asayişi pozmaq kimi müxtəlif ittihamlar irəli sürülüb. Digər ittihamlar, səfirliyin əmlakını məhv etmək, Azərbaycan vətəndaşları olan səfirlik əməkdaşlarını qəsdən yaralamaq kimi şikayətçilər tərəfindən irəli sürülən ittihamlarla bağlı cinayət işi açıqdır.

Qeyd edək ki, bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində səfirliyin 1 əməkdaşı şəhid olub, iki əməkdaşı yaralanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər