Sizin Reklam Burada

Ermənistan bölmələrini gücləndirir, İran da yardım edir

Ermənistan bölmələrini gücləndirir, İran da yardım edirHərbi dairələrdəki mənbələr Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4 saylı hərbi korpusları fəal şəkildə gücləndirdiyi, son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin çatdırılması barədə məlumatları təsdiqləyirlər.

Axar.az xəbər verir ki, bu barədə "Caliber"in məlumatında bildirilib.

Qeyd olunub ki, təmir və texniki hissələr durmadan işləyir, təmir oluna bilən hər şeyi işə salmağa çalışırlar:

"Ermənistan Azərbaycanın Qarabağ bölgəsi ərazisində də silahlı qüvvələrini yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb. Təkcə son bir həftədə ehtiyatda on minə qədər hərbçi çağırılıb və bunun fonunda erməni hərbi ekspertlərin guya ölkədə səfərbərliyin aparılmaması ilə bağlı açıqlamaları "Azərbaycana dezinformasiya kampaniyasından başqa bir şey deyil" deyə dünya ictimaiyyətini çaşdırırlar. Yaxın vaxtlarda həm öz daxili siyasi hesablamaları, həm də geosiyasi öhdəlikləri olan Nikol Paşinyan rejimi tərəfindən ciddi hərbi təxribat gözləməyə əsas var. Qarabağda resursların məhdud olduğunu nəzərə alsaq, çox güman ki, orada diversiya xarakterli təxribat əməliyyatları aparıla bilər, eyni zamanda əsas döyüş əməliyyatları düşmən tərəfindən bizim Ermənistanla şərti sərhədimizə keçəcək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər