Sizin Reklam Burada

Rus general rüşvətə görə həbs edildi

Rus general rüşvətə görə həbs edildiMoskva Qarnizonu Hərbi Məhkəməsi general-mayor Konstantin Oqiyenkonu rüşvətxorluq ittihamı ilə istintaq təcridxanasına göndərib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunun dəqiq nə vaxt baş verdiyi bildirilməsə də, onun həbs müddəti noyabrın 27-dək uzadılıb.

Məlumata görə, Oqiyenko son vaxtlara qədər xüsusi təyinatlı 1-ci hava və raketdən müdafiə ordusuna komandanlıq edib. Sözügedən ordu Moskvanı təyyarələrin, qanadlı raketlərin, potensial düşmənin qitələrarası ballistik raketlərinin döyüş başlıqlarının hücumlarından qorumaq vəzifələrini yerinə yetirir. Qoşunlar iki sistemlə təchiz olunub: Moskvanın S-50M hava hücumundan müdafiə sistemi (“Baykal-1”, “Universal-1”, S-400, S-300PM2, “Pantsir-S” kompleksləri) və Moskvanın A-135M strateji raketdən müdafiə sistemi.

İstintaqın versiyasına görə, Oqiyenko “Nadejda” mülki təşkilatına müdafiə sahəsi ayırması üçün rüşvət alıb. Materiallara görə, onun rəhbəri (qadının adı açıqlanmır) bir sıra təşkilatlardan və vətəndaşlardan Moskva vilayətində torpaq sahələri vəd edərək pul yığıb. Sonra vasitəçi köməyi ilə Oqiyenkonun göstərişi ilə fəaliyyət göstərən 4-cü hava hücumundan müdafiə diviziyasının komandiri general-mayor Dmitri Belyatskiyə 500 min rubl köçürüb. Nəşr qeyd edib ki, bu məbləğ hərbçilərin Moskva vilayətindəki Dolqoprudnı və Lobnya şəhərləri də daxil olmaqla tikinti üçün torpaq ayırmağa vəd etdiyi 30 milyon rublun bir hissəsidir.

Ona qarşı Cinayət Məcəlləsinin 291-ci maddəsinin 5-ci hissəsi (xüsusilə külli miqdarda rüşvətvermə) və 291-ci maddənin 6-cı hissəsi ilə (xüsusən külli miqdarda rüşvət alma) cinayət işi açılıb. İstintaq Moskva üzrə İstintaq Komitəsinin hərbi istintaq idarəsi tərəfindən başlanıb, daha sonra iş Baş Hərbi İstintaq İdarəsinə ötürülüb.

Belyatski təqsirini qismən boynuna alıb və onunla məhkəməyə qədər əməkdaşlıq müqaviləsi bağlanmasını istəyib.

Vurğulanır ki, o, ev dustaqlığındadır. Oqiyenko isə bu işə hər hansı aidiyyəti olmadığını bildirir.

Hazırda istintaq və Müdafiə Nazirliyi 1-ci Hava Hücumundan Müdafiə Ordusuna ayrılmış torpaqların inventarizasiyasını aparır. Onlar hesab edirlər ki, bu torpaqların bir hissəsi tikinti üçün satılmış ola bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər