Sizin Reklam Burada

Yaxın günlərdə döyüşlər başlayacaq - Hovhannisyan

Yaxın günlərdə döyüşlər başlayacaq - HovhannisyanYaxın günlərdə döyüşlər başlayacaq. Sentyabrın 4-də Soçidə keçirilən Ərdoğan-Putin görüşündən sonra bu, artıq qaçılmazdır.

Publika.az xəbər verir ki, bu iddia ilə erməni hərbi ekspert Karen Hovhannisyan çıxış edib.

O hesab edir ki, Azərbaycan və Ermənistan arasında gərginlik pik həddədir və istənilən an yeni eskalasiya yaşana bilər:

“Bu döyüşlərdə Azərbaycan fərqli ssenarilər tətbiq edəcək, çünki Ermənistanın ona qarşı tətbiq edə biləcəyi ssenarilərdən xəbərdardır və buna qarşı gözlənilməz gedişlər edə bilər”.

Erməni ekspert iddia edir ki, yeni eskalasiyada Rusiya maraqlıdır.

“Çünki onun Cənubi Qafqazdan çıxarılması prosesi gedir və Moskva yeni eskalasiya yaradaraq, özünün vasitəçilik rolunu artıracaq, bölgədə möhkəmlənməyə çalışacaq”, - o bildirib.

Qeyd edək ki, Rusiya ilə yanaşı, Qərb də bölgədə hərbi eskalasiyada maraqlı ola bilər, çünki Cənubi Qafqaz uğrunda faktiki mübarizə gedir və bu mübarizədə böyük oyunçular bütün vasitələrə əl atırlar. Lakin bir məsələ şübhəsizdir: bölgədə bütün eskalasiyanın arxasında Ermənistan dayanır, gərginlik yaratmaq istəyən qüvvələr də bunu məhz Ermənistan üzərindən edirlər. Son vaxtlar sərhəddə artan erməni təxribatları da bu kontekstdə təsadüfi deyil.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər