Sizin Reklam Burada

Ermənistandan Avropaya getmək istəyənlərin sayı artıb

Ermənistandan Avropaya getmək istəyənlərin sayı artıb2018 və 2019-cu illərlə müqayisədə (koronovirus pandemiyasınadək) Ermənistandan Şengen vizası almaq üçün müraciət edənlərin sayı 40-50 faiz artıb.

Viza almaq növbəsi ilə bağlı Joğovurd qəzetində dərc olunan məqalədə bildirilib.

Məlumata əsasən, Ermənistanda Avropa ölkələrinin səfirliklərinin binası qarşısında uzun növbələr yaranır.

Qəzetin yazdığına görə, vizanın verilməsində yaranan problemi Ermənistanın Xarici İşlər Nazirliyi 4-5 aydır həll edə bilmir. Nazirlikdən bildirilib ki, vizanın verilməsi “Vyana konvensiyasının konsulluq əlaqələri haqqında” sənədin 5-ci maddəsi ilə tənzimlənir: “Heç bir dövlətin Xarici İşlər Nazirliyi bu məsələyə müdaxilə edə bilməz. Səfirlik viza verərkən öz ölkələrinin qanunlarını əsas tuturlar”.

Məlumata görə, bu məsələ cari il martın 23-də Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ohanesyanın İrəvanda akkreditasiya olunmuş diplomatlarla görüşündə də müzakirə olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər